“Neftçi” daha bir yeni transferi göndərdi

“Neftçi” daha bir yeni transferi göndərdi
Futbol
15 Dekabr 2016 - 14:45
"Neftçi” daha bir futbolçusu ilə yollarını ayırıb. Supersport.Az saytının məlumatına görə, paytaxt təmsilçisi yenə əcnəbi oyunçu ilə vidalaşıb.

 

Söhbət mövsümlərarası fasilədə komandaya gətirilən Vançe Şikovdan gedir. Tərəflər arasında danışıq uğurla nəticələnib və makedoniyalı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıqla xitam verilib. Yayda “Austriya” klubundan transfer edilən 31 yaşlı oyunçu “Neftçi”nin heyətində 9 oyunda meydana çıxıb.

 

Qeyd edək ki, Vançe Şikova qədər “Neftçi” Katalin Tira, Denilson Pereyra və Dario Melnyakla yollarını ayırmışdı.

Digər xəbərlər