“Türk Telekom Arena”da duyğusal anlar -Foto-Video

“Türk Telekom Arena”da duyğusal anlar -Foto-Video
Futbol, Video, Foto
12 Dekabr 2016 - 11:21










"Qalatasaray"ın futbolçusu Yasin Öztəkin Türkiyə superliqasının 14-cü turunda "Qaziantepspor"la ev oyununda etdiyi hərəkətlə diqqət çəkib.

Supersport.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, görüşün 12-ci dəqiqəsində hesabı açdıqdan sonra vurduğu qolu əsgər salamı ilə qeyd edib. Daha sonra o,stadionda asayişi qoruyan polislərə tərəf qaçaraq onları qucaqlayıb.

Bununla da Y. Öztəkin şənbə günü "Beşiktaş"ın stadionu qarşısında baş verən terror, bomba partlayışı nəticəsində həlak olan polisləri yad edib.

Qeyd edək ki,  terror hadisəsi zamanı ölənlərin əksəriyyəti polis əməkdaşlarıdır.






 

 

 

 

 

 

 

 

 

 









Digər xəbərlər