Zidan "Real"ın tarixinə düşdü

Zidan "Real"ın tarixinə düşdü
Futbol
11 Dekabr 2016 - 14:36
Zinəddin Zidan "Real"ın tarixinə düşüb.

 

Supersport.Az xəbər verir ki, fransız mütəxəssis Madrid klubunda ardıcıl oyunlarda ən çox yenilməyən baş məşqçi adını ələ keçirib.

 

"Kral klubu" La Liqanın XV turunda öz meydanında "Deportivo"nu 3:2 hesabı ilə məğlub edib. Bu, "Real"ın Zidanın rəhbərliyi altında ardıcıl 35-ci məğlubiyyətsiz oyunu olub. Çalışdırıcı bu göstərici ilə 1986-89-cu illərdə komandanı çalışdırmış Leo Benhakkeri geridə qoyub.

 

La Liqa klubları arasında ən çox məğlubiyyətsiz oyunlar seriyası isə Luis Enrikenin "Barselona"sına məxsusdu. Katolonlar 39 ardıcıl oyunda məğlunb olmayıblar. Əgər "kral klubu" növbəti 4 oyununu da məğlubiyyətsiz başa vursa, La Liqa rekorduna sahib olacaq.

 

Qeyd edək ki, Zidan mövsümün əvvəlində "Real"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında çıxdığı 51 matçda 39 qələbə, 10 heç-heçə və cəmi iki məğlubiyyət alıb.

Digər xəbərlər