Nazarovun komandası yenə qələbəyə həsrət qaldı

Nazarovun komandası yenə qələbəyə həsrət qaldı
Futbol
10 Dekabr 2016 - 20:27


Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi "Erzqebirge Aue" Almaniya 2-ci liqasında növbəti oyununa çıxıb.

Supersport.Az-ın məlumatına görə, komanda 16-cı turda səfərdə "Kayzerslautern"lə qarşılaşıb. Matç qolsuz bərabərliklə başa çatıb.

D.Nazarov 78-ci dəqiqədə meydana daxil olub.

Qeyd edək ki, "Erzqebirge Aue" 16 turdan sonra 12 xalla 17-ci pillədə qərarlaşıb.

Digər xəbərlər