Arda Çempionlar Liqasının ən yaxşı oyunçusu oldu

Arda Çempionlar Liqasının ən yaxşı oyunçusu oldu
Futbol
09 Dekabr 2016 - 16:34
Çempionlar Liqasında bu həftənin ən yaxşı futbolçusu müəyyənləşib.

Supersport.Az-ın UEFA-nın saytına istinadən yaydığı xəbərə görə, azarkeşlər arasında aparılan sorğuya əsasən, "Barselona"nın  yarımmüdafiəçisi Arda Turan ən yaxşı oyunçu seçilib. O, səslərin 58 faizini toplayıb.

Qeyd edək ki, türkiyəli futbolçu Münhenqladbax “Borussiya”sı ilə oyunda (4:0) het-trik etməklə yanaşı məhsuldar ötürmə ilə də yadda qalıb.

Digər xəbərlər