Birinci divizionun ən yaxşı qolu - Video

Birinci divizionun ən yaxşı qolu - Video
Futbol, Video
09 Dekabr 2016 - 12:18
Azərbaycan I divizionda noyabr ayının ən yaxşı qolu müəyyənləşib.

Supersport.Az-ın məlumatına görə, Peşəkar Futbol Liqasının azarkeşlər və idman jurnalistləri arasında keçirdiyi sorğunun nəticəsinə əsasən noyabrın ən yaxşı qolunun müəllifi "Bakılı"nın futbolçusu Nurlan Məmmədzadə olub.

Qurumun saytında keçiriləcən sorğu zamanı azarkeşlərin 62 faizinin səsini qazanan Nurlan Məmmədzadə jurnalistlərin seçimi zamanı da rəqiblərini üstələyib. O, azarkeşlərin seçimi zamanı Emin Mustafayevi ("Qaradağ Lökbatan”), jurnalistlərin seçimi zamanı isə Ruslan Tağızadəni ("Zaqatala”) qabaqlayıb.

Jurnalistlər və azarkeşlərin seçimi eyni olduğuna görə qaydalara əsasən Peşəkar Futbol Liqası səsvermə hüququndan istifadə etməyib.

Qeyd edək ki, Peşəkar Futbol Liqası artıq 3-cü dəfədir ki, I divizionda ayın ən yaxşı qolu layihəsini həyata keçirir.

 


 

 

 

 

 

 

 

Digər xəbərlər