"Qarabağ" Avroliqa ilə vidalaşdı

"Qarabağ" Avroliqa ilə vidalaşdı
Futbol
08 Dekabr 2016 - 21:58
Bu gün Avropa Liqasının qrup mərhələsinə yekun vurulacaq.

Supersport.Az-ın məlumatına görə, təmsilçimiz “Qarabağ”da qrupda sonuncu və həlledici oyununa çıxıb.

Qurban Qurbanovun komandası Bakıda İtaliyanın “Fiorentina” klubunu qəbul edib.

Ağdam təmsilçisi çətin rəqibinə qalib gəlsə, Azərbaycan futbolu tarixində ilkə imza ataraq, adını 1/16 final mərhələsinə yazdıracaq. Komadamız heç-heçə nəticəsində də istəyinə çata bilər. Bunun üçün  PAOK - "Slovan" oyunu ya bərabərliklə bitməli, ya da Çexiya təmsilçisi qalib gəlməlidir.

Qrup lideri olan “Fiorentina”ya isə növbəti mərhələyə yüksəlmək üçün 1 xal da kifayət edir.

Xatırladaq ki, “Qarabağ” Florensiyada keçirilən oyunda bu rəqibinə 1:5 hesabı ilə uduzub.

8 dekabr

Avropa Liqasının qrup mərhələsi

J qrupu

20:00. “Qarabağ” (Azərbaycan) – “Fiorentina” (İtaliya) 1-2


Baş hakim: İvan Bebek
Baş hakimin köməkçiləri: Tomislav Petroviç, Miro Qrqiç
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

20:00. PAOK (Yunanıstan) - "Slovan" (Çexiya) 2-0












































1.Fiorentina541115:613
2.PAOK53128:1010
3.Qarabağ52136:87
4.Slovan51147:124

Digər xəbərlər