Muaremin "Qarabağ"da yubiley oyunu

Muaremin "Qarabağ"da yubiley oyunu
Futbol
07 Dekabr 2016 - 18:29
Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda sabah “Fiorentina” ilə keçiriləcək oyun “Qarabağ”ın futbolçusu Muarem Muarem üçün yubiley xarakteri daşıyacaq.

Supersport.Az-ın məlumatına görə, makedoniyalı yarımmüdafiəçi sabah meydana çıxsa, bu onun “Qarabağ”ın heyətində 25-ci avrokubok oyunu olacaq.

Qeyd edək ki, bunadək 24 avrokubok matçında  meydana çıxan futbolçu 5 qol vurub. Çempionlar Liqasında 5 oyun keçirən Muarem 1 dəfə fərqlənib. Avropa Liqasında isə 19 oyunda 3 dəfə rəqib qapılarına yol tapıb.

Digər xəbərlər