"Qarabağ" əvvəl, "Fiorentina" sonra

"Qarabağ" əvvəl, "Fiorentina" sonra
Futbol
07 Dekabr 2016 - 13:58
Supersport.Az-ın məlumatına görə, UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Qarabağ" -"Fiorentina" (İtaliya) qarşılaşmasından öncə keçiriləcək mətbuat konfranslarının vaxtı məlum olub.

Bu gün "Azərsun Arena"nın mətbuat zalında ölkə çempionumuzun baş məşqçisi Qurban Qurbanov saat 17:30-da media mənsublarının önünə çıxacaq. Komandamızın son məşqi isə saat 18:00-da Suraxanı qəsəbəsində yerləşən klubun bazasında baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

"Fiorentina"nın son məşqi isə saat 20:00-da qarşılaşmanın keçiriləcəyi Respublika stadionunda baş tutacaq. İtaliya təmsilçisinin baş məşqçisi isə son məşqdən öncə saat 19:30-da Respublika stadionunun mətbuat zalında jurnalistlərin suallarını cavablandıracaq.

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" matçı 8 dekabr saat 20:00-da başlayacaq.

Digər xəbərlər