"Fiorentina" Bakıya bu futbolçularla gəlir

"Fiorentina" Bakıya bu futbolçularla gəlir
Futbol
07 Dekabr 2016 - 12:50


Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda səfərdə "Qarabağ"la qarşılaşacaq "Fiorentina"nın Bakıya gələcək heyəti müəyyənləşib.

Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, heyətdə aşağıda adları qeyd olunan futbolçuların adı yer alıb:

Davide Astori, Milan Badel, Federiko Bernardeski, Federiko Çieza, Sebatyan Kristoforo, Sebastyan de Mayo, Bartlomey Draqovski, Yosip İliçiç, Nikola Kaliniç, Kuma Babakar, Luka Lezzerini, Xrvoe Miliç, Maksimiliano Olivera, Qonzalo Xavyer Rodriqes, Karlos Salsedo, Karles Sançes, Çiprian Teteruşanu, Kristian Tello, Nenad Tomoviç, Borxa Valero,  Matias Vesino, Mauro Sarate

Qeyd edək ki, "Qarabağ" - "Fiorentina" görüşü sabah Bakı vaxtı ilə 20:00-da  başlayacaq.

Digər xəbərlər