Kamran Ağayevdən yeni xəbər

Kamran Ağayevdən yeni xəbər
Futbol
04 Dekabr 2016 - 20:46
Supersport.Az-ın məlumatına görə, "Boavişta"nın baş məşqçisi Migel Leal komandannın qapıçısı, millimizin üzvü Kamran Ağayevin durumu haqda açıqlama verib.

Klubun saytının xəbərinə görə, o, mətbuat konfransında bildirib ki, Kamran zədə səbəbindən ölkə çempionatının dekabrın 6-da "Pakoş de Ferreyra"ya qarşı keçiriləcək səfər matçında oynamayacaq:

"Kamran Ağayevi qış fasiləsinədək heyətə qaytarmağa çalışacağıq. Ondan başqa, komandanın digər aparıcı oyunçusu Fabio Eşpinyo da zədəlidir. Onlar hər ikisi bu matçı buraxacaq. Yalnız qələbə haqda düşünürük. Azarkeşlərimizə müraciət edərək onlara komandaya dəstək olmağa çağırıram".

Digər xəbərlər