"Fiorentina"yla oyunda sakit oynamalıyıq" - Video

"Fiorentina"yla oyunda sakit oynamalıyıq" - Video
Futbol, Video
04 Dekabr 2016 - 19:37
Supersport.Az "Fiorentina" ilə oyun ərəfəsində "Qarabağ"ın üzvü Rahid Əmirquliyevin fikirlərini təqdim edir.

Təcrübəli futbolçu, bildirib ki, çətin qarşılaşma olsa da, tarix yazmaq üçün çalışacaqlar:

"Asan oyun olmur. Digərləri kimi, "Səbail"lə oyuna da ciddi hazırlaşmışdıq. İstəyirdik qələbə qazanaq, mərhələni adlayaq. Buna da nail olduq. Lakin qələbəni rahatlıqla qazanmadıq. Aydın məsələdir ki, "Fiorentina" çox güclüdür. Amma futbolda mümkün olmayan şey yoxdur. Çox çətin oyun olacaq. "Fiorentina"nı məğlub etmək üçün əlimizdən gələni edəcəyik. Rəqibin meydana hansı heyətlə çıxmasından asılı olmayaraq, biz öz oyunumuzu oynamalıyıq. Anlayırıq ki, tarix yaza bilərik. Bu, ən vacib oyunlarımızdan biridir. Amma sakit olmalıyıq. Görüşə yaxşı hazırlaşmalı və təzyiqlə üzləşməməliyik".


 

Digər xəbərlər