İlham Əliyev yenidən MOK prezidenti seçilib

İlham Əliyev yenidən MOK prezidenti seçilib
Olimpiya, Digər
01 Dekabr 2016 - 15:33
Milli Olimpiya Komitəsində (MOK) Hesabat-Seçki Konfransı keçirilib.

Supersport.Az saytının məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev yenidən MOK prezidenti seçilib.

Bunu jurnalistlərə açıqlamasında qapalı keçən iclasdan sonra gənclər və idman naziri Azad Rəhimov deyib. O bildirib ki, konfrans iştirakçıları yekdilliklə 1997-ci ildən bu vəzifədə olan İlham Əliyevə səs veriblər:

"İdman ictimaiyyəti adından idmançıların əsl mənada böyük dostu, idmana dəstək olan cənab prezidenti təbrik edirik. Bu günki nailiyyətimizə təkan verən insandır".

Qeyd edək ki, bu gün MOK-un vitse-prezidentləri, baş katibi, İcraiyyə Komitəsinin və Təftiş Komissiyasının üzvləri məlum olacaq.

Digər xəbərlər