Milli komandamız Gürcüstanda təlim-məşq toplanışındadırlar

Milli komandamız Gürcüstanda təlim-məşq toplanışındadırlar
Digər, Cüdo
30 Noyabr 2016 - 12:02
Azərbaycanın cüdo üzrə milli komandası Gürcüstana təlim-məşq toplanışına yollanıb.

Supersport.Az xəbər verir ki, hazırda iki ölkə yığması Tbilisidə birgə hazırlıq keçir.

Ötən gündən start götürən toplanışda Olimpiya mükafatçısı Rüstəm Orucov, dünya çempionu Elxan Məmmədov, Avropa və dünya mükafatçıları Orxan Səfərov, Nicat Şıxəlizadə və Hidayət Heydərov kimi titullu cüdoçular yer alır.

Bu, iki ölkə cüdoçularının ilk birgə hazırlıq prosesidir.

Digər xəbərlər