"Neftçi" rəsmisi: "Bizdən "Kəpəz"ə azarkeşlik etməyi tələb etdilər"

"Neftçi" rəsmisi: "Bizdən "Kəpəz"ə azarkeşlik etməyi tələb etdilər"
Futbol
28 Noyabr 2016 - 15:24
Gəncədəki qalmaqalla bağlı "Neftçi" klubunun mətbuat xidmətinin rəhbəri Supersport.Az saytına açıqlama verib.

Bu gün əlaqə saxladığımız Mehman Rəsulov da meydan sahiblərini günahlandırıb. Açıqlamada bildirib ki, Gəncədə yaşanan olayla bağlı KİV-də yazılanlarda müəyyən səhv var. Qeyd olunub ki, guya "Neftçi" nümayəndələri Gəncədə yerli azarkeşlərlə mübahisə edib:

"Stadionda olan hər kəs baş verənləri gördü. Gülməli olsa da, "ev sahibləri" bizdən "Kəpəz" klubuna azarkeşlik etməyi tələb etdilər".

Digər xəbərlər