"TRAKTOR SAZİ" YENİDƏN ZİRVƏDƏ

"TRAKTOR SAZİ" YENİDƏN ZİRVƏDƏ
Futbol
26 Noyabr 2016 - 01:28
Supersport.Az-ın məlumatına görə, İran çempionatının 11-ci turu "Traktor Sazi" üçün uğurlu olub.

Təbriz klubu doğma meydanda "Səba Qum"u 2:1 hesabı ilə məğlub edərək, turnir cədvəlinin zirvəsinə yüksəlib. "Traktor Sazi" 11 oyundan 23 xal toplayıb. Eyni xala malik "Persepolis" ikinci, "Naft Tehran" 19 xalla üçüncüdür.

Təbrizin digər təmsilçisi "Maşın Sazi" səfərdə "Padideh Şandiz"ə minimal hesabla uduzub. Komanda son pillədə qərarlaşıb.

"Qostareş" isə səfərdə "İstiqlal"a 1–2 hesabıyla məğlub olub. Təbriz klubu 13-cü pillədə yer alıb.

Digər xəbərlər