"QARABAĞ" AVROPA REYTİNQİNDƏ GERİLƏDİ

"QARABAĞ" AVROPA REYTİNQİNDƏ GERİLƏDİ
Futbol
25 Noyabr 2016 - 20:33
Supersport.Az-ın məlumatına görə, UEFA klubların yeni reytinqini açıqlayıb. Siyahıda 456 komanda yer alıb.

Ötən gün Avropa Liqasının qrup mərhələsi çərçivəsində Çexiyada "Slovan"a 0:3 hesabı ilə məğlub olan "Qarabağ" klubu reytinqdə ilk yüzlüyü tərk edib. Bir müddət əvvəl 99-ci pillədə olan Azərbaycan təmsilçisi hazırda 18,050 xalla 104-cü sırada qərarlaşıb. "Qarabağ"ın rəqiblərindən "Fiorentina" (İtaliya) 24-cü (63,533), PAOK (Yunanıstan) 60-cı (31,800), "Slovan" isə 83-cüdür (25,015).

Belçikanın "Anderlext" komandasına uduzan "Qəbələ" klubu (1:3) 182-ci pilləyə enib. Komandamızın hesabında 7,800 reytinq xalı var. "Qəbələ"nin rəqiblərinə gəlincə, "Anderlext" 36-cı (49,480), "Sent-Etyen" (Fransa) 56-cı (32,899), "Maynts" (Almaniya) 92-ci (21,099) pillədə qərarlaşıb.

Digər klublarımızın reytinqində yeri belədir:

160. "Neftçi" 9.800 xal

220. "İnter" 6.050 xal

276. "Xəzər Lənkəran" 4.550 xal

298. "Kəpəz" 4.050 xal

307. "Bakı" 3.800 xal

330. Azal 3.225 xal

Qeyd edək ki, ilk "üçlük"də "Real Madrid" (159.256 xal), "Bayern Münxen" (147.099) və "Barselona" (144.256) klubları qərarlaşıb.

Digər xəbərlər