"BEŞİKTAŞ"DAN MÖHTƏŞƏM "COMEBACK" - VİDEO

"BEŞİKTAŞ"DAN MÖHTƏŞƏM "COMEBACK" - VİDEO
Futbol, Video
24 Noyabr 2016 - 01:13
Bu gün Çempionlar Liqasının qrup mərhələsinin V turunun oyunları keçirilir.

Supersport.Az-ın məlumatına görə, Türkiyənin turnirdə yeganə təmsilçisi “Beşiktaş” klubu doğma meydanda Portuqaliyanın “Benfika” komandasını qəbul edib.

 

Qonaq komanda ilk hissədə “qara qartallar”ın qapısından üç top keçirib. Quedeş, Semeda və Feysa müvafiq olaraq 10-cu, 25-ci və 31-ci dəqiqələrdə fərqləniblər.

Hesabda üç top geri olmasına baxmayaraq, Şenol Güneşin komandası geri dönüş etməyi bacarıb. Cenk Tosun 58-ci dəqiqədə hesab arasındakı fərqi azaldıb. 83-cü dəqiqədə Quaresma penaltidən fərqlənərək fərqi minimuma endirib, altı dəqiqə sonra isə Vinsent Abubakar oyunda tarazlığı bərpa edib.

Bu nəticədən sonra “Beşiktaş” xallarını sayını yeddiyə çatdırıb. Eyni xala bu gün Ukrayna “Dinamo”sunu qəbul edəcək “Napoli” də malikdir. “Benfika” səkkiz xalla qrup lideridir, bir xala malik “Dinamo” isə sonuncudur.

“B” qrupunun son turunda “Beşiktaş” səfərdə “Dinamo”nun qonağı olacaq, “Benfika” isə evdə “Napoli”ni qəbul edəcək.

 

 

 

Digər xəbərlər