CÜDOÇULARIMIZ AMERİKADA 5-Cİ MEDALI QAZANDI

CÜDOÇULARIMIZ AMERİKADA 5-Cİ MEDALI QAZANDI
Digər, Cüdo
22 Noyabr 2016 - 10:55
Supersport.Az-ın məlumatına görə, Mayamidə keçirilən veteran cüdoçuların dünya çempionatında Azərbaycan millisinin uğurlu çıxışı davam edir.

Bu dəfə M-2 kateqoriyası üzrə ağır şəkidə mübarizə aparan Zaur Bağırov ölkəmizə növbəti gümüş medalı qazandırıb. ABŞ təmsilçisi Dahs Bleyn və Braziliya idmançısı Rikardo Almeydaya qalib gələn cüdoçumuz həlledici görüşdə Əlcəzair atleti Həsən Azzouna uduzaraq dünya çempionatında 2-ci yeri tutub.

Qeyd edək ki, bu Azərbaycan millisinin Amerikada qazandığı 5-ci medaldır. Buna qədər veteran cüdoçularımız Fərhad Rəcəbli və Zaur Paşayev qızıl, Zülfiyyə Hüseynova gümüş, Mübariz Cəfərov isə bürünc medala sahib olub.

Digər xəbərlər