RUSİYA VƏ GÜRCÜSTAN GÜLƏŞÇİLƏRİ ARASINDA KÜTLƏVİ DAVA - VİDEO

RUSİYA VƏ GÜRCÜSTAN GÜLƏŞÇİLƏRİ ARASINDA KÜTLƏVİ DAVA - VİDEO
Digər, Güləş, Video
21 Noyabr 2016 - 15:14
Rumıniyanın paytaxtı Buxarestdə keçirillmiş güləş üzrə Avropa Millətlər Kubokunun Rusiya - Gürcüstan qarşılaşmasında kütləvi dava baş verib. Supersport.Az xəbər verir ki, insident yunan-Roma güləşçiləri arasında 80 kq çəki dərəcəsində İİl Şarafetdinovla Zubar Datunaşvili arasındakı qarşılaşmada yaşanıb.

 

Görüş boyunca xalça üzərinə daim kənar əşyalar atılıb, sonluqda isə pəhləvanlar bir-birilərinə etirazlar bildiriblər. Bu, Datunaşvilinin rəqibin sifətinə zərbə endirməsi ilə nəticələnib. Beləliklə, toqquşma hər iki komanda nümayəndələrinin xalçaya çıxaraq, iştirak etdiyi kütləvi davayadək böyüyüb. Hakimlər insidentin səbəbkarlarını diskvalifikasiya ediblər.

 



 

Digər xəbərlər