AZƏRBAYCANIN AMERİKADA 2-Cİ QIZIL MEDALI

AZƏRBAYCANIN AMERİKADA 2-Cİ QIZIL MEDALI
Digər, Cüdo
20 Noyabr 2016 - 15:25
Amerika Birləşmiş Ştatlarında veteran cüdoçular arasında keçirilən dünya çempionatının ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

M-1 kateqoriyası üzrə 100 kq çəkidə mübarizə aparan Zaur Paşayev bütün rəqiblərinə qalib gələrək dünya çempionu adını qazanıb. Veteran cüdoçumuz həlledici görüşdə Fransa idmançısı Aleksandre Ması məğlub edərək qızıl medala sahib çıxıb. Bu kateqoriyada bürünc medallara ABŞ cüdoçusu Xaliffa Oliveyra və əlcəzairlli Əhməd Kebailli sahib olublar.

Yarışın ilk günü M-6 kateqoriyası üzrə 90 kq çəkidə Fərhad Rəcəbli 7-ci dəfə dünya çempionu adını qazanmışdı.

Veteran cüdoçuların dünya çempionatına noyabrın 21-də yekun vurulacaq.

Digər xəbərlər