MESSİ "BARSELONA"DAN 50 MİLYON TƏLƏB ETDİ

MESSİ "BARSELONA"DAN 50 MİLYON TƏLƏB ETDİ
Futbol
18 Noyabr 2016 - 23:53



Supersport.Az-ın məlumatına görə, dünya futbolunun ulduzu olan argentinalı Lionel Messi 15 ildir formasını geyindiyi "Barselona”dan ayrılmaq istəyir.


Buna səbəb 29 yaşlı futbolçunun atası ilə birgə ittiham olunduğu vergidən yayınmaya görə aldığı cəzalar göstərilir.


Messi İspaniya təmsilçisindən illik 50 milyon avro tələb edib. "Barcelona”nın isə bu rəqəmi ödəməsi gözlənilmir.


Ulduz futbolçu "Barselona"dan ayrılacağı təqdirdə keçmiş məşqçi Pep Qvardiolanın çalışdırdığı "Mançester Siti"ni seçəcək. Messi ailəsi ilə İngiltərədə yaşamaq istədiyini bildirib. Argentinalı futbolçu PSJ-nin də transfer siyahısındadır.



Digər xəbərlər