TAEKVANDOÇUMUZ KANADADA GÜMÜŞ MEDAL QAZANDI

TAEKVANDOÇUMUZ KANADADA GÜMÜŞ MEDAL QAZANDI
Digər, Taekvondo
18 Noyabr 2016 - 15:18
Kanadada keçirilən gənclər arasında taekvando üzrə dünya birinciliyinin ikinci günündə Azərbaycan millisinin daha bir üzvü medal qazanıb.

Supersport.Az xəbər verir ki, Qaşım Maqomedov (55 kq) yarışda Taras Malçenko (Ukrayna), Youhe Huang (Çin), Daniel Alejandro Gonzalez (Meksika), Gabriele Caulo (İtaliya) və Əli Başeriyə (İran) qalib gələrək finala vəsiqəni təmin edib. Həlledici qarşılaşmada koreyalı Çan-Ho Junqla döyüşdən məğlub ayrılan təmsilçimiz birinciliyin gümüş medalı ilə kifayətlənib.

Xatırladaq ki, bu milli komandamızın aktivindəki ikinci medaldır. Bir gün əvvəl komandamızın üzvü Ayaz Qəmbərli dünya birinciliyində bürünc medala sahib olmuşdu.

Qeyd edək ki, 102 ölkədən 846 taekvandoçunun mübarizə apardığı yarışda Azərbaycanın gənclərdən ibarət millisi 14 idmançı ilə təmsil olunur.

Digər xəbərlər