AFFA-DA FÖVQƏLADƏ TOPLANTI

AFFA-DA FÖVQƏLADƏ TOPLANTI
Futbol
14 Noyabr 2016 - 11:19
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçirilib.

Supersport.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, iclasda AFFA-nın prezidenti Rövnəq Abdullayev, I vitse-prezident Rauf Əliyev, vitse-prezident Elşad Nəsirov, İK-nın digər üzvləri İsgəndər Cavadov və Vaqif Sadıqov iştirak ediblər.

Aparılmış müzakirələrən sonra AFFA-nın baş katibi Elxan Məmmədovun UEFA-nın İcraiyyə Komitəsinin üzvlüyünə namizədliyi irəli sürülüb.

Bundan başqa, nəticəsinin şübhəli olması ehtimal edilən oyunlarla bağlı AFFA tərəfindən aparılan araşdırmanın nəticəsi barədə İcraiyyə Komitəsinə məlumat təqdim olunması tapşırılıb.

AFFA-nın növbəti Konfransı 2017-ci il mart ayının birinci yarısında keçirilməsi qərara alınıb.

Digər xəbərlər