NEYMAR 50-Cİ QOLUNU VURDU

NEYMAR 50-Cİ QOLUNU VURDU
Futbol
11 Noyabr 2016 - 14:11
Braziliyanın futbol üzrə yığmasının kapitanı Neymar milli komandanın tərkibində 50-ci qolunu vurub.

Supersport.Az  xəbər verir ki, o, DÇ-2018 seçmə turunda Argentina yığmasına qarşı matçda 50-ci qolunu vurub.

İkinci matçın sonunda Neymar dubl yerinə yetirib, oyun Braziliya yığmasının qələbəsi, 3:0 hesabı ilə başa çatıb.

Hazırda ən yaxşı hücumçular siyahısında Neymar yalnız Romariodan (70 matç ərzində 55 qol), Ronaldo (98 oyunda 62 qol) və Peledən (91 oyunda 77 qol) geridə qalır.

 

Digər xəbərlər