"QIZIL QRAN PRİ" TURNİRİNDƏ 50 DƏN ARTIQ ÖLKƏ İŞTİRAK EDƏCƏK - VİDEO

"QIZIL QRAN PRİ" TURNİRİNDƏ 50 DƏN ARTIQ ÖLKƏ İŞTİRAK EDƏCƏK - VİDEO
Digər, Güləş, Video
11 Noyabr 2016 - 13:41
Noyabrın 24-dən 26-dək Bakıda Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə “Qızıl Qran Pri” beynəlxalq turnirinin final mərhələsi baş tutacaq.  Supersport.Az xəbər verir ki, sayca 9-cu dəfə baş tutacaq turnir Bakı İdman Sarayında keçiriləcək. Turnirə 50-dən artıq ölkədən 700-ə yaxın iştirakçının qatılacağı gözlənilir.
Proqrama əsasən, yarışların ilk günündə sərbəst güləşçilər mübarizə aparacaq. Noyabrın 25-də qadın, 26-da isə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.

İlk görüşlər hər gün saat 10:00-da, final qarşılaşmaları saat 17:00-da başlayacaq. Turnirin rəsmi açılış mərasimi noyabrın 24-də saat 16:00-da baş tutacaq.

Yarışın yayımçısı “İdman Azərbaycan” kanalı, informasiya tərəfdaşı isə "Azərtac" İnformasiya Agentliyidir.


 

 

 

 

 

 

 

Digər xəbərlər