ZİYA MƏMMƏDOVUN OĞLU TRAMPIN QIZINI BELƏ TƏBRİK ETDİ

ZİYA MƏMMƏDOVUN OĞLU TRAMPIN QIZINI BELƏ TƏBRİK ETDİ
Digər
09 Noyabr 2016 - 19:06
Nəqliyyat naziri, Azərbaycan Voleybol Federasiyasının keçmiş prezidenti Ziya Məmmədovun oğlu, Azərbaycan-Amerika Alyansının rəhbəri, qolf federasiyasının prezidenti Anar Məmmədov ABŞ-da yeni prezident seçilmiş Donald Trampın simasında onun ailəsini təbrik edib.

 

Supersport.Az xəbər verir ki, Anar Məmmədov Trampın qızı İvankayla fotosunu paylaşaraq qısa şərh verib: “Mənim əziz dostum, bu tarixi gün münasibətilə səni və sənin ailəni təbrik edirəm!”

 

"Bakı"FK-nın sabiq fəxri prezidenti A.Məmmədovun Donald Trampla iş birliyinin olması haqda Azərbaycan mətbuatında uzun illər yazılıb. İş adamı eyni zamanda Bakının Xətai rayonu ərazisində “Tramp” adlı böyük bir plaza da tikdirib.

 

Digər xəbərlər