KİKBOKSÇUMUZ ERMƏNİ İDMANÇI ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANIB

KİKBOKSÇUMUZ ERMƏNİ İDMANÇI ÜZƏRİNDƏ QƏLƏBƏ QAZANIB
Kikboks, Digər
07 Noyabr 2016 - 11:20
Azərbaycanın peşəkar kikboksçusu, Kikboksinq Federasiyasının yığma komandasının üzvü Xəyal Əhmədov A1WCC versiyası üzrə keçirilən beynəlxalq turnirdə parlaq qələbə qazanıb.

Supersport.Az xəbər verir ki, Almaniyanın Vuppertal şəhərində A1WCC versiyası üzrə növbəti beynəlxalq turnir keçirilib. Yarışda ölkəmizi təmsil edən Xəyal Əhmədov rinqdə erməni idmançısı Cioran Apuyepyanla üz-üzə gəlib. X.Əhmədov elə birinci raundda Cioran Apuyepyanı nokauta salaraq qələbə qazanıb.

Qeyd edək ki, “A1 World Combat Cup”un təşkilatıçılığı ilə keçirilən yarış dünyada “Səkkizlik” adı ilə də məşhurdur.

Digər xəbərlər