FUTBOLUMUZDA NÖVBƏTİ HAKİM BİABIRÇILIĞI - VİDEO

FUTBOLUMUZDA NÖVBƏTİ HAKİM BİABIRÇILIĞI - VİDEO
Futbol, Video
05 Noyabr 2016 - 19:42
Supersport.Az-ın məlumatına görə, Azərbaycan Premyer Liqasının XI turunda keçirilən "Neftçi" – "İnter" oyununda hakim rüsvayçı qərar verib.

Qarşılaşmanın baş hakimi Rəvan Həmzəzadə "İnter"in qapısına səhvən penalti təyin edib. Qonaqların futbolçusu  Zurab Xizanayşvili Cavid İmamverdiyevin ötürməsininin qarşısını əli ilə alıb. Bu, cərimə meydançasının təxminən 1 metr kənarda olsa da, hakim "İnter"in qapısına penalti təyin edib. Zərbəni dəqiq yerinə yetirən Araz Abdullayev hesabı 2:0 edib. "Neftçi" - "İnter" oyunu 2:1 hesabı ilə başa çatıb.


 

Digər xəbərlər