EKSKLÜZİV: "QARABAĞ"A YUNANISTANDA DƏSTƏK

EKSKLÜZİV: "QARABAĞ"A YUNANISTANDA DƏSTƏK
Futbol, Eksklüziv
03 Noyabr 2016 - 12:39
Supersport.Az-ın əldə etdiyi məlumata görə, bu gün Avroliqanın qrup mərhələsinin dördüncü oyununda PAOK-la qarşılaşacaq "Qarabağ" Yunanıstanda dəstəksiz qalmayacaq.

"İmaret" fanklubunun üzvləri və başqa azarkeşlər Azərbaycan çempionuna dayaq olmaq üçün Saloniki şəhərinə gəliblər.

Əməkdaşımıza verilən xəbərə əsasən, PAOK - "Qarabağ" oyununda 70-ə yaxın futbolsevər komandamıza dəstək verəcəyi gözlənilir. Qarşılaşmanın keçiriləcəyi 29 min yerlik tutuma malik "Tumba" stadionunun tam dolacağı ehtimal olunur.

Xatırladaq ki, Yunanıstana səfər zaman "İmaret" fanklubunun üzvləri "Qarabağ"ı Saloniki hava limanında qarşılayıb, dəstək vermişdilər.

Digər xəbərlər