İKİ CÜDOÇUMUZ BUNDESLİQA ÇEMPİONU OLDU

İKİ CÜDOÇUMUZ BUNDESLİQA ÇEMPİONU OLDU
Digər, Cüdo
30 Oktyabr 2016 - 22:38
Azərbaycan cüdoçuları Nicat Şıxəlizadə və Orxan Səfərov Almaniya çempionatının qalibi adına layiq görülüblər.

Hər iki idmançımız "Hamburq" klubunun heyətində keçirdikləri bütün görüşlərdə qələbə qazanaraq Bundesliqa çempionu olub. Klublararası birinciliyin finalında "Hamburq" Münhenin "Qrossadern" klubunu 7:6 hesabı ilə məğlub edib. Hər iki cüdoçumuz həlledici qarşılaşmalarını da qalib başa vurub.

Qeyd edək ki, Bundesliqa kubokuna sahib olan Orxan Səfərov 60 kq, Nicat Şıxəlizadə isə 66 kq çəki dərəcəsində mübarizə aparıb.

Digər xəbərlər