PFL ƏN YAXŞI QOLUN MÜƏLLİFİNİ MÜKAFATLANDIRDI

PFL ƏN YAXŞI QOLUN MÜƏLLİFİNİ MÜKAFATLANDIRDI
Futbol
28 Oktyabr 2016 - 22:35
Peşəkar Futbol Liqasının layihəsi olan "I Divizionda ayın ən yaxşı qolu" nominasiyasında ilk qalib müəyyənləşib.

Jurnalistlər və azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən, "Şəmkir"in futbolçusu Qeyrət Qənbərovun "Zaqatala"nın qapısından keçirdiyi top sentyabr ayının ən yaxşı qolu seçildi.

Pul mükafatını (500 AZN) və xüsusi hədiyyəni bu gün keçirilən “Şəmkir” – MOİK oyunundan öncə Peşəkar Futbol Liqasının Texniki İdman Departamentinin rəisi Zamiq Hüseynov təqdim edib. Öz növbəsində Şəmkir Rayon İcra Hakimiyyəti də fərqlənmiş oyunçunu mükafatlandırıb. Futbolçu hədiyyəni icra başçısı Alimpaşa Məmmədovun adından I müavin Qüdrət Əliyevdən alıb.

Qeyd edək ki, PFL bu oyuna jurnalistlərin səfərini də təşkil edib.

Digər xəbərlər