"HAMI ELƏ BİLİR SEHİRLİ ÇUBUĞUM VAR" - QVARDİOLA

"HAMI ELƏ BİLİR SEHİRLİ ÇUBUĞUM VAR" - QVARDİOLA
Futbol
28 Oktyabr 2016 - 02:35
“Mançester Siti”in baş məşqçisi Pep Qvardiola komandasının son uğursuz çıxışları haqda açıqlama verib.

Supersport.Az-ın məlumatına görə, ispaniyalı mütəxəssis İngiltərə Liqa kubokunda “Mançester  Yuneyted”ə uduzduqları oyundan sonra keçirilən mətbaut konfransında maraqlı fikirlər səsləndirib:

“Mən ardıcıl 10 oyun qalib gələndə nə edirdimsə, indi də onu edirəm. Bu cür uğursuzluqlar bütün komandalarda olur. Hamı elə bilir mənim sehirli çubuğum var. Ancaq futbolda belə şey mümkün deyil. Düşünürəm ki, bu cür uğursuzluqlar çox davam etməyəcək”.

Qeyd edək ki, Qvardiola “Mançester Siti”də antirekorda imza atıb. Onun komandası  ardıcıl 6 oyundur ki, qalib gələ bilmir.

Digər xəbərlər