"NEFTÇİ" KATALİN TİRA İLƏ BAĞLI QƏRARINI AÇIQLADI
Futbol
26 Oktyabr 2016 - 13:28
"Neftçi" rumıniyalı hücumçusu Katalin Tira ilə bağlı qərarını verib.
Supersport.Az-ın klubun saytına istinadən yaydığı xəbərə görə, paytaxt təmsilçisi Premyer Liqanın IX turunda "Qarabağ"la keçirilən dünənki qarşılaşmanın sonlarında azarkeşə zərbə vuran Tiranı məşqlərdən kənarlaşdırıb.
"Neftçi" rəhbərliyi və məşqçilər heyəti futbolçunun komandadakı statusu ilə bağlı yekun qərarı yaxın müddətdə qəbul edəcək.