MİLLİMİZİN KEÇMİŞ BAŞ MƏŞQÇİSİ VƏFAT ETDİ

MİLLİMİZİN KEÇMİŞ BAŞ MƏŞQÇİSİ VƏFAT ETDİ
Futbol
25 Oktyabr 2016 - 20:13


Braziliyanın əfsanəvi futbolçusu Karlos Alberto Torres dünyasını dəyişib.

Supersport.Az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, o, 72 yaşında infarktdan ölüb.

Qeyd edək ki, K.A.Torres Braziliya millisi ilə 53 oyuna çıxıb. Onun kapitanı olduğu yığma 1970-ci ildə dünya çempionatının qalibi olub.

Əlavə edək ki, K.A.Torres 2004-2005-ci illərdə millimizdə baş məşqçilik edib.

Digər xəbərlər