CƏBRAYIL HƏSƏNOV DAĞISTANDA QIZIL MEDAL QAZANDI

CƏBRAYIL HƏSƏNOV DAĞISTANDA QIZIL MEDAL QAZANDI
Digər, Güləş
25 Oktyabr 2016 - 11:49
Dağıstan Respublikasında Pekin Olimpiadasının mükafatçısı Yusup Abdusalamovun mükafatı uğrunda sərbəst güləş üzrə sayca 7-ci açıq Respublika turniri keçirilib.

Turnirdə  iştirak edən sərbəst güləş yığmamızın üzvləri 1 qızıl və 2 bürünc medala sahib olub.

Supersport.Az xəbər verir ki, 74 kq çəki dərəcəsində mübarizə aparan Rio Olimpiya Oyunlarının bürünc medalçısı, ikiqat Avropa çempionu Cəbrayıl Həsənov bütün rəqiblərindən üstün olub və turnirin baş mükafatına layiq görülüb. Həlledici görüşdə güləşçimiz yerli idmançı Hacı Nəbiyevi üstələyib.

Bürünc medalları yığmamıza Məhəmmədhacı Xatiyev (86 kq) və Roman Bəkirov (97 kq) qazandırıb. Mahir Əmiraslanov (57 kq) isə beşinci olub.




Digər xəbərlər