MƏŞQÇİLƏR KOMİTƏSİNİN ÜZVLƏRİ GƏNCƏDƏ

MƏŞQÇİLƏR KOMİTƏSİNİN ÜZVLƏRİ GƏNCƏDƏ
Futbol
24 Oktyabr 2016 - 02:36
AFFA-nın Məşqçilər Komitəsi (MK) Gəncəyə səfər edib. Assosiasiyanın İcraiyyə Komitəsinin üzvü, MK-nin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov ilə Şakir Qəribov "Kəpəz" Peşəkar Futbol Klubunda uşaq yaş qruplarında çalışan məşqçilər heyəti ilə görüşüb.
Son bir ildə ikinci dəfə Gəncəyə gələn qonaqlar klubdakı vəziyyətlə maraqlanıb, uşaq futbolunun inkişafı istiqamətində görülən işlərlə tanış olublar.
"Kəpəz" PFK-nın Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu və icraçı direktor Cabir İbrahimovun da iştirak etdiyi görüş qarşılıqlı fikir mübadiləsi və müəyyən məsələlər ətrafında müzakilərlərlə davam etdirilib.

Xatırladaq ki, iki gün Nizami yurdunda olan nümayəndə heyəti Gəncə şəhər stadionunun məşq şəraitini öyrənərək, ayrı-ayrı yaş qrupları üzrə komandaların hazırlıq prosesində olublar. Həmçinin, AFFA-nın təşkilatçılığı ilə keçirilən Azərbaycan birinciliyinin Gəncə zonası üzrə yarışları izləyiblər.

Digər xəbərlər