ÇİNDƏN MƏŞQÇİYƏ 20 MİLYON AVRO

ÇİNDƏN MƏŞQÇİYƏ 20 MİLYON AVRO
Futbol
22 Oktyabr 2016 - 21:02
Supersport.Az-ın məlumatına görə, tanınmış mütəxəssis Çin yığmasının baş məşqçisi təyin olunub.

Marçello Lippinin illik qazancının 20 milyon avro təşkil edəcəyi bildirilir.

Karyerası uğurlarla zəngin olan 68 yaşı mütəxəssi, "Yuventus"u 5 dəfə çempion edib. 1995-1996-cı il mövsümündə bu komandaya Çempionlar Liqasının qalibi adını, 2006-cı ildə İtaliya yığmasına Dünya Kubokunu qazandırıb. Lippi, bu uğurlara imza atan ilk məşqçi olub.

İtaliyalı mütəxəssis "Quanjou"nu dördqat Çin çempionu edib.

Qeyd edək ki, Rusiyada keçiriləcək dünya çempionatı ərəfəsində Asiya seçmə raundunda Cənubi Koreya, Suriya və Özbəkistana məğlub olan, İranla bərabər oynayan Çin yığmasının baş məşqçisi Qao Honqbo istefaya göndərilib. "A" qrupunda 1 xalla son pillədə qərarlaşan çinlilər, 13 noyabrda Qətərlə qarşılaşacaq.

Digər xəbərlər