MİLLİMİZİN RƏQİBLƏRİ MƏLUM OLDU

MİLLİMİZİN RƏQİBLƏRİ MƏLUM OLDU
Futbol
22 Oktyabr 2016 - 16:06
2018-ci ildə Sloveniyada keçiriləcək futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandasının mübarizə aparacağı yığmalar müəyyənləşib.

İsveçrənin Nyon şəhərində keçirilən püşkatmanın nəticələrinə əsasən, millimiz Macarıstan, Bosniya və Herseqovina yığmaları və ilkin seçmə mərhələnin "D" qrupunun qalibi olacaq komanda ilə birgə 2-ci qrupda yer alıb. İlkin seçmə mərhələnin "D" qrupunda İngiltərə, Bolqarıstan, Albaniya və Malta milliləri mübarizə aparacaq.

Qeyd edək ki, millimizin yer aldığı 2-ci qrupun oyunları 2017-ci il aprelin 3-dən 12-dək Bakıda keçiriləcək.

Digər xəbərlər