ANSİ AQOLLİ: "BU OYUN FİNALA BƏRABƏR İDİ"

ANSİ AQOLLİ: "BU OYUN FİNALA BƏRABƏR İDİ"
Futbol
21 Oktyabr 2016 - 00:10
“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli PAOK-la oyundan sonra jurnalistlərin suallarını cavablandırıb. Supersport.Az saytının əməkdaşının da iştirak etdiyi müsahibəni təqdim edirik:

- 2:0 hesablı qələbəni necə şərh edərdin?

- Oyun çox çətin keçdi. Rəqib güclü komandadır. PAOK-un gücünə bələdəm. 3 xal qazandığımız üçün şadam. Qarşıda bu komanda ilə daha bir oyunmuz var. İndi bütün diqqətimiz həmin oyuna yönəltməliyik.

- “Qarabağ” hansı cəhətinə görə rəqibi üstələdi?

- Rəqidən daha yaxşı oynadıq. İlk dəqiqələrdən matça ciddi yanaşdıq. Motivasiya yüksək idi. Bu oyun bizim üçün finala bərabər idi. Çünki mütləq 3 xal qazanmalıydıq.

- İkinci hissədə PAOK yoruldu, yoxsa “Qarabağ” onları buna məcbur etdi?

- 1:0-dan sonra daha açıq oyun getdi. Bizim üçün boş sahələr yaranırdı. Bundan faydanandıq və ikinci qolu vurduq

Digər xəbərlər