"SENT-ETYEN" "QƏBƏLƏ"Nİ STADİONA BURAXMADI

"SENT-ETYEN" "QƏBƏLƏ"Nİ STADİONA BURAXMADI
Futbol
20 Oktyabr 2016 - 10:55
UEFA Avropa Liqasının qrup mərhələsinin III turunun "Sent-Etyen" – "Qəbələ" oyunundan öncə "qırmızı-qaralar"ın baş məşqçisi Roman Qriqorçuk fikirlərini bildirib.

"Məşqimizin oyunun keçiriləcəyi stadionda baş tutmamasını problem hesab etmirik. Bu qərarı verənlər futbol naminə bu addımı atıblar ki, meydan qarşılaşma zamanı yaxşı vəziyyətdə olsun. Əlbəttə, istəyərdik ki, hazırlığımız həmin arenada baş tutsun. Biz də vəziyyəti olduğu kimi, anlayışla qəbul edirik. Çox yaxşı başa düşürük ki, strateji cəhətdən qrupdan çıxmaq üçün bizə qələbə qazanmaq lazımdır. Bütün matçların hamısında bunu etməliyik. Lakin bu haqda çox düşünmək istəmirik. Mən futbol oynamağımızı istəyirəm. Mənim yanaşmam nəticə gətirir. İstənilən yolla, ciddi şəkildə üslubumuzu, baxışımızı dəyişməklə nəyə isə nail olmağa əl atmayacağıq. Oyuna itkilərlə çıxacağıq. Bu haqda çox danışılıb. Amma məsələyə maraqla yanaşmaq lazımdır. Az şans qazanan futbolçuların belə güclü rəqiblə görüşdə neçə təsir bağışlayacağı maraqlıdır. Komandamızın yarısı olmadan oynayacağımıza çox fikir vermək istəmirik. Buna problem kimi deyil, təbəssümlə yanaşıram. İstəyərdim ki, Baqali Dabo, Nika Kvekveskiri, Rəşad Sadiqov, Elvin Camalov da hazır olsunlar. Onlar meydana çıxsaydı belə, bizim üçün "Sent-Etyen" kimi güclü komandaya qarşı oynamaq asan olmazdı. Onların yoxluğunda oyunumuzun necə alınacağını baxacağıq. Sadiqovun yoxluğunda kapitanın kim olacağını müəyyənləşdirməmişik. Bezotosnı sarğının ona mane olduğunu əsas gətirərək, bunu istəmir. "Sent-Etyen" haqda müsbət fikirdəyəm. Bu komanda çox yaxşı heyətə malikdir. Komplektləşmiş rəqibimiz üçün bir neçə oyunçunun yoxluğunu hiss etdirməmək çətin olmayacaq. "Sent-Etyen"in tərkibində çox sürətli futbolçular var ki, onları zərərsizləşdirmək heç də asan deyil. Rəqibin bəzi oyunçularının iştirak etməyəcəyi haqda məlumatım var. Heç kimə, rəqibimizə də arzulamıram ki, zədə üzündən futbolçusunu itirsin".

 

Digər xəbərlər