GÜLƏŞÇİMİZ XASAVYURTDA 1 GÜMÜŞ MEDAL QAZANDI

GÜLƏŞÇİMİZ XASAVYURTDA 1 GÜMÜŞ MEDAL QAZANDI
Digər, Güləş
17 Oktyabr 2016 - 00:02
Dağıstanın Xasavyurt şəhərində sərbəst güləş üzrə sayca 8-ci “Qitələrarası Kubok” beynəlxalq turniri keçirilib.Supersport.Az xəbər verir ki, güləşçilərimiz turniri 1 gümüş medalla başa vurub.  65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslümov finala qədər bütün rəqiblərindən üstün olub. Həlledici görüşdə yerli Dağıstan idmançısı ilə qarşılaşan təmsilçimiz məğlub olub və gümüş medalla kifayətlənib.  65 kq-da mübarizə aparan digər güləşçimiz Mahal Novruzov isə bürünc medal uğrunda görüşdə uduzub və turniri beşinci sırada tamamlayıb.
QİGörüşlərin idarə olunmasında ölkəmizi beynəlxalq dərəcəli hakimlər Qərib Əliyev, Natiq Hacıyev və Əbdül Nuriyev təmsil edib.

Digər xəbərlər