ŞEYDAYEV İZLƏDİ, "TRABZONSPOR" 1 XAL QAZANDI

ŞEYDAYEV İZLƏDİ, "TRABZONSPOR" 1 XAL QAZANDI
Futbol
17 Oktyabr 2016 - 00:58


Futbol üzrə Türkiyə Super Liqasında 7-ci turun oyunları keçirilir.

 

Supersport.Az xəbər verir ki, azərbaycanlı futbolçu Ramil Şeydayevin çıxış etdiyi "Trabzonspor" da növbəti matçına çıxıb.

Qara dəniz təmsilçisi doğma meydanda "Akhisar Bələdiyyəspor"la qarşılaşıb. Matç 0 - 0 hesablı bərabərliklə başa çatıb.

 

İlk altı turdan fərqli olaraq, Ramilin adı bu görüşün iştirak ərizəsində yer alıb. Amma baş məşqçi Ərsun Yanal yenə onu meydana buraxmayıb.

 

Qeyd edək ki, "Trabzonspor" 7 turdan sonra 7 xalla 18 klub arasında 12-ci pillədə qərarlaşıb.

Digər xəbərlər