ZİYA MƏMMƏDOV VƏZİFƏSİNİ İTİRDİ

ZİYA MƏMMƏDOV VƏZİFƏSİNİ İTİRDİ
Digər, Voleybol
12 Oktyabr 2016 - 17:33
Bu gün Azərbaycan Voleybol Federasiyasına yeni prezident seçilib.


Supersport.Az xəbər verir ki, Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, Milli Olimpiya Komitəsində baş tutan tədbirdə "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib. İclasda gənclər və idman naziri Azad Rəhimov və digər rəsmi şəxslər iştirak ediblər.


Qeyd edək ki, bundan əvvəl Azərbaycan Voleybol Federasiyasının prezidenti nəqliyyat naziri Ziya Məmmədov idi.

Digər xəbərlər