MİLLİMİZ SEÇMƏ MƏRHƏLƏNİ 4-CÜ YERDƏ BİTİRDİ

MİLLİMİZ SEÇMƏ MƏRHƏLƏNİ 4-CÜ YERDƏ BİTİRDİ
Futbol
12 Oktyabr 2016 - 00:04


Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında AÇ-2017-nin seçmə mərhələsi çərçivəsində 7-ci qrupun son turunun oyunları keçirilib.

 

Supersport.Az xəbər verir ki, Azərbaycan millisinin rəqibləri bir-biri ilə üz-üzə gəliblər. Qrup lideri Almaniya Avstriyaya səfərdə böyük hesabla qalib gəlib və yüz faizlik nəticəyə imza atıb.

 

Rusiya isə doğma meydanda Finlandiya üzərində qələbəni əldən verib. Halbuki, ruslar qalib gəlsəydi, millimizi turnir cədvəlində qabaqlaya bilərdi.

 

Amma bu heç-heçə Azərbaycanın seçmə mərhələni 4-cü pillədə başa vurmasına şərait yaradıb.










































































NKomanda O QHM  T/FX
1Almaniya10100035-830
2Avstriya10 71222-1222
3Finlandiya10 4  2413-1014
4Azərbaycan10 2358-199
5Rusiya10 23515-199
6Farer adaları10 0193-281

 

Digər xəbərlər