10 YAŞLI GİMNASTIMIZ İSVEÇDƏ FƏRQLƏNDİ

10 YAŞLI GİMNASTIMIZ İSVEÇDƏ FƏRQLƏNDİ
Digər, Gimnastika
09 Oktyabr 2016 - 17:02
Supersport.Az-ın məlumatına görə, balaca gimnastımız İsveçdə keçirilən yeniyetmələr arasında yarışda uğurlu nəticə qazanıb.

10 yaşlı İsmayıl Rüstəmli İsveçin Halmstad şəhərində keçirilən yarışda iştirak edib. 63 nəfərin iştirak etdiyi yarışda həmvətənimiz möhtəşəm qələbə qazanıb. İsveç Kuboku uğrunda keçirilən görüşdə finala qədər gələn İ.Rüstəmli ikinci yerə layiq görülüb.

Məlumat üçün qeyd edək ki, İsmayıl Rüstəmli üç oğlu ilə Qarabağ savaşında iştirak etmiş komandir, şəhid atası Hacı Əkbər Rüstəmovun nəvəsidir.

Digər xəbərlər