MESSİ MƏŞQLƏRƏ BAŞLADI

MESSİ MƏŞQLƏRƏ BAŞLADI
Futbol
04 Oktyabr 2016 - 00:03


"Barselona"nın ulduz futbolçusu Leonel Messi məşqlərə başlayıb.

 

Supersport.Az xəbər verir ki. argentinalı hücumçu hələ ki, komanda ilə birgə çalışmasa da , o, fərdi şəkildə məşq edir. 29 yaşlı futbolçunun kollektivlə birgə nə vaxt məşqlərə qatılacağı hələ məlum deyil.

 

Qeyd edək ki, Messi İspaniya La Liqasının 5-ci turu çərçivəsində Madrid "Atletiko"su ilə görüşdə qasıq nahiyəsindən zədə almışdı.

Digər xəbərlər