QURBAN QURBANOV: "MƏĞLUBİYYƏTLƏRDƏN DƏRS ALMALIYIQ" - VİDEO

QURBAN QURBANOV: "MƏĞLUBİYYƏTLƏRDƏN DƏRS ALMALIYIQ" - VİDEO
Futbol, Video
03 Oktyabr 2016 - 06:33
Supersport.Az Azərbaycan Premyer Liqasının 7-ci turunda "Qəbələ" qarşısında aciz qalan "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun fikirlərini təqdim edir.


"Hər birinizi salamlayıram. Rəqibimizi təbrik edirəm. Yaxşı oynadılar və qələbə qazandılar. Maraqlı oyun alındı. Matç sürətdə və mübarizədə Avropa Liqasında olan oyunlardan fərqlənmədi. 3 çətin səfər oyunu keçirdik. İstəməzdik ki, azarkeşlərimizə məğlubiyyət acısı yaşadaq. Qarşıda bizi yaxşı oyunlar gözləyir. Ciddi hazırlaşmalıyıq".

  • "Qarabağ" bu mövsüm nəyə görə uduzur?

  • Ümumi oyuna nəzər salmaq lazımdır. İlk dəqiqələrdə pressinq gözləyirdik. “Qəbələ”yə qarşı hazırlaşmaqda vaxtımız az oldu. Rəqibimizin oyun fəlsəfəsi fərqlidir.

  • Əfran İsmayılovla Rəşaq Sadıqovun yoxluğu məğlubiyyətdə nə dərəcədə rol oynadı?  

  • Rəşadın ağrıları var. Əfran isə bir müddət oynamayacaq. İki oyunçunu birdən-birə itirmək yaxşı deyil.

  • Üç oyundur ki, "Qarabağ" enişdədir. Qarşıdakı fasilə işinizə nə dərəcədə yarayacaq?

  • Hər şeyə hazır olmalıyıq. Əlimizdə olan imkanlardan yararlanmalıyıq. Uduzduğumuz oyunlardan dərs çıxarmalıyıq.

  • Üç oyunda “Qarabağ” 8 qol buraxıb. Komandada nə baş verir?

  • Sadəcə məğlub olduq. Bu, bizi narahat edir. Komandanın oyununa razıyam. Futbolda hər bir komanda belə hallarla üzləşir. Bunu normal qəbul etmək lazımdır.

  • Vüqar Nadirov hardadır? Ndlovunun oyunundan razı qaldınız? Sanki onun artıq çəkisi var...  

  • Vüqar Nadirov "Qarabağ"dadır. Sadəcə, hələ formasını bərpa etməyib. Ndlovunun artıq çəkisi yoxdur. Onun fiziki forması belədir. Onun çıxışı məni qane edir.

  • "Slovan"la oyundan sonra demişdiz ki, Azərbaycan çempionatında nə qədər çox səviyyəli oyun olsa, bir o qədər komandanın inkişafının xeyrinədi. Bu oyun sizi razı saldı?

  • Bəli, bu oyunun səviyyəsi məni tam razı saldı.

  • Luis Saha “Qarabağ”a nə məqsədlə gəlmişdi?

  • Sahanın və dostu "Azərsun" rəhbərliyi ilə yaxın dostdur. O, Bakı ilə daha yaxından tanış oldu. Federasiyanın dəvəti ilə təşrif buyurmuşdu.

  • "Qəbələ" ilə 6 xallıq fərq var və Avropa Liqasında 1 xal qazanmısınız...

  • İstəyirik ki, hər iki turnirə yaxşı hazırlaşaq. Çempionatın səviyyəsini götürsək, 6 xal böyük fərqdir. Hər iki turnir bizim üçün vacibdir.

  • Bu gün keçirlən matçı riskə atmadınız? Çünki bəzi əsas futbolçular ehtiyatda idi...

  • İki futolçumuz zədəli idi. Yorğunluğu da nəzərə almaq lazımdır.

  • Reynaldo son zamanlar çox tənqid olunur. Ondan razısınız?

  • Bir müddət eniş var idi. O, mənim istədiyim Reynaldo deyil. Son zamanlar çox çalışır.

  • "Qarabağ" son illər asanlıqla çempion olurdu. Amma bu il "Qəbələ" çox istəklidir...

  • Sizinlə razıyam. "Qəbələ" hazırda çox güclü rəqibdir. Ciddi rəqabət var və bunun çox olmasını istəyirəm. Rəqabətin çox olması futbolçuların inkişafına fayda verir. Əvvəllər çempionatın səviyyəsi daha yüksək idi.

  • Elvin Yunuszadə çox tənqid edilir. Siz razısız ki, Elvin tənqidləri haqq edir?

  • Elvin Yunuszadə neçə oyundur ki, start heyətdə oynayır. Hətta Elvin UEFA-nın ən yaxşı ötürmə edən futbolçuları siyahısına daxil olmuşdu. Bəzən onun xarakterindən narazı qalıram. Məncə, bu tənqidlər Elvinə daha çox kömək olmalıdır. Onun həyata baxışı dəyişməlidir. O, hazırda tapşırıqları düzgün yerinə yetirir. Elvin yaxşı müdafiəçi ola bilər, çox çalışmalıdır.

  • Komandanın psixoloqa ehtiyacı var?

  • Komandamızın psixoloqu var və mənəm. Bunu öz üzərimə götürmüşəm. İndiyənə qədər psixoloqa ehtiyac duymamışıq və bundan sonra da lazım deyil.

  • Mahir Mədətovun xarakterindən razısınız?

  • Hər bir futbolçu fərqli xarakterə malikdir. Heç kimin mənfi cəhətlərini açıqlamaq istəmirəm. Gənc oyunçular futbolçu olduqlarını başa düşməlidir. Mahirin xarakterində fərq var. 1 ay əvvəlki Mahirlə indiki Mahirdə fərq var. Xarakteri zəifləyib. Gənc oyunçular futbolu çox düşünsələr, bundan yaxşı istifadə edəcəklər.

Digər xəbərlər