UEFA RƏSMƏN AÇIQLADI: RONALDONU BELƏ KEÇDİ! - VİDEO

UEFA RƏSMƏN AÇIQLADI: RONALDONU BELƏ KEÇDİ! - VİDEO
Futbol, Video
01 Oktyabr 2016 - 13:36
Supersport.Az-ın məlumatına görə, UEFA Çempionlar Liqasında həftənin futbolçusunu seçib.

İkinci turun səsverməsi zamanı "Beşiktaş"ın portuqaliyalı oyunçusu Rikardo Kuarejma "Real Madrid"də çıxış edən dünya futbolunun ulduzu Kriştiano Ronaldo olmaqla bütün futbolçuları geridə qoyub.

Çempionlar Liqasının "B" qrupunda Kiyev "Dinamo"sunu qəbul edən "Beşiktaş"ın futbolçusu Kuarejma vurduğu möhtəşəm qolla komandasını irəli keçirsə də, 90 dəqiqə bərabərliklə başa çatmışdı. Buna görə UEFA onu "həftənin oyunçusu" yarışının namizədləri sırasına daxil etmişdi. Kuarejma bu mübarizədə Kriştiano Ronaldo, Edinson Kavani, Paulo Dibala, Samir Nasrini üstələyib.

Digər xəbərlər