ƏLİYAR AĞAYEV TOTTİNİ CƏZALANDIRDI

ƏLİYAR AĞAYEV TOTTİNİ CƏZALANDIRDI
Futbol
30 Sentyabr 2016 - 00:42
Avropa Liqasının qrup mərhələsində ikinci turun oyunları keçirilib. Supersport.Az xəbər verir ki, İtaliyanın paytaxtı Romada bu şəhərin eyniadlı klubu ilə Rumıniyanın "Astra" komandası arasında baş tutan görüş Azərbaycan futbolu üçün də əlamətdar olub.

Belə ki, "Stadio Olimpiko"da baş tutan görüşü azərbaycanlı hakimlər idarə ediblər. Qarşılaşmanın baş hakimi FİFA referimiz Əliyar Ağayev olub. Ona yan xətt hakimləri Zeynal Zeynalovla Orxan Məmmədov, qapı arxasında duran hakimlər - Rəhim Həsənov və Orxan Məmmədov kömək edib. Dördüncü hakim funksiyasını isə Mübariz Haşımov yerinə yetirib.

Oyuna gəlincə, "Roma" meydanı 4:0 hesablı qələbə ilə tərk edib. Ağayev bütövlük 3 sarı vərəqə göstərib ki, onlardan ikisi qonaq komandaya qismət olub. Əliyar meydan sahiblərinin heyətində isə "canavarlar"ın əfsanəvi futbolçusu və kapitanı Françesko Tottiyə sarı vərəqə göstərib.

Digər xəbərlər